Rusiya öz ərazisində istehkamlar tikir – BRİTANİYA KƏŞFİYYATI

07/12/2022 - 13:08

Rusiya Ukrayna ilə sərhəddə və Belqorod vilayətinin dərinliklərində müdafiə mövqelərini genişləndirməyə başlayıb. Çərşənbə axşamı Belqorod qubernatoru bölgədə "özünümüdafiə dəstələri"nin yaradıldığını elan edib.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat hesabatında qeyd olunur.

Hesabatda vurğulanır ki, 2022-ci ilin aprelindən bəri Belqorodda xəndəklərin qazılması ilə bağlı məlumatlar var. Lakin ortaya çıxan son faktlara əsasən demək olar ki, bunlar  mexanikləşdirilmiş hücumu dəf etmək üçün hazırlanmış daha mürəkkəb sistemlərdir.

“Çox güman ki, Rusiya hakimiyyəti Rusiya ərazisində müdafiə strukturları tikməklə vətənpərvərlik hisslərini oyatmağa çalışır. Bu, yəqin ki, bəzi hakimiyyət orqanlarının Ukrayna qüvvələrinin Rusiya ərazisinə soxulması ilə bağlı real təhlükə olduğuna dair səmimi (lakin yalan) inamının göstəricisidir”, - deyə kəşfiyyatın hesabatında bildirilir.

Qafqaz.media