RUSİYADA FƏRARİLƏR “VAQNER” SİLAHLILARI TƏRƏFİNDƏN GÜLLƏLƏNİR – Şok açıqlamalar / VİDEO

11/12/2022 - 10:39

Rusiyada məhbusların “Vaqner” muzdluları sırasına cəlb edilməsi davam edir. Hətta müharibəyə getməyə razı olanlara fərarilərin güllələndiyi əks olunan videolar yayılır.

Qafqaz.media xəbər verir ki, bu barədə BBC-nin rus xidməti koloniyalardakı mənbələrə istinadən məlumat verib.

Məhkumlardan birinin sözlərinə görə, qətliamı əks etdirən video xüsusi otaqda planşet vasitəsilə nümayiş etdirilib.

Başqa bir koloniyadan olan məhbus deyir ki, ona bir fərarinin dəmir dirəyə necə asıldığını göstəriblər.

Bu arada, Gulag.net insan haqları layihəsi Kaluqa vilayətində çəkilmiş foto və video yayımlayıb. İddialara görə, Ukraynadakı müharibədə iştirakdan imtina edən məhbuslara koloniya əməkdaşları tərəfindən təzyiqlər edilir. Kamera önündə məhkumlar oğru adət-ənənələrindən əl çəkdiklərini deməyə məcbur olurlar.

Vladimir Oseçkin təfərrüatları “Dojd” kanalına danışıb. Həmin videonu təqdim edirik: