"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"

16/10/2024 - 07:48

"Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi". Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı "Xəzər axşamı" verilişinə müsahibəsində deyib. Sənətçinin övladı Atabəy isə əkiz qardaşı Məhəmmədin məzarı önündə onun ölümündən danışıb: "Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə "Səni mən çox axtarmışam" mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub". Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28