Tanınmış yazıçı - publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin tələbələrlə görüşü keçirilib
Tanınmış yazıçı- publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin görüşü keçirilib. Zemfira xanım söz sənətimizdə Qarabağ mövzusunun inikası,habelə qalib ölkənin Zəfər savaşının ədəbiyyatımızda əks-sədası barədə danışıb,gənclərin fikirlərini dinləyib, suallarını cavablandırıb. Kulturologiya fakültəsi Sosial- mədəni fəaliyyət kafedrasının müdiri, dosent Sevinc Əsgərova, dosentlər Əminə Qədimova, Aygün Eyvazlı, baş müəllimlər Məftunə İsmayılova, Günel İbrahimova və Tələbə Elmi - Yaradıcılıq Cəmiyyətinin sədri Ülkər Rzayeva gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini vurğulayıblar. Zemfira xanım bu müqəddəs mövzuda yazdığı bədii-publisistika nümunələrini müzakirələrdə mülahizələri ilə fərqlənən tələbələrə və universitetin kitabxanasına hədiyyə edib.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media