Almaniya Ukraynaya “Patriot” sistemləri verməkdən imtina etdi - "NATO-nun müdafiəsi üçün lazımdır..."
Almaniya Ukraynaya “Patriot” zenit-raket kompleksləri verməkdən imtina edərək, onların NATO-nun müdafiəsi üçün lazım olduğunu bildirib.
Qafqaz.media xəbər verir ki, Almaniyanın müdafiə naziri Tobias Lindner, "Açıq desək, Ukraynaya pulsuz göndərə biləcəyimiz “Patriot” sistemlərimiz yoxdur. “Patriot” sistemləri NATO-nun kollektiv müdafiə sisteminin bir hissəsidir", - deyib.
Xatırladaq ki, Almaniya Polşa ilə sərhəddə yerləşən Prjewodow kəndinə raket düşməsi nəticəsində iki nəfərin öldürülməsindən sonra Polşaya “Patriot” sistemləri göndərməyi planlaşdırır.
“Almaniya hazırda “Patriot” sistemlərinin Polşada harada yerləşdirilə biləcəyini araşdırır”, - Lindner deyib: "Biz Polşanın təhlükəsizliyini qorumağa sadiqik, ona görə də biz “Patriot” sistemlərini NATO-nun şərq cinahında yerləşdirməyi təklif edirik".
Qafqaz.media