Ermənistan hökumətində ardıcıl istefalar başladı... - BAŞ NAZİRİN MÜAVİNİ, NAZİR...

12/12/2022 - 12:43

Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan istefa verib.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Onun istefasının səbəbi açıqlanmayıb.

***

Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib.

“Sputnik Armenia” bildirir ki, bu barədə nazirlik məlumat yayıb.

V.Dumanyanın istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, V.Dumanyan 1962-ci ildə anadan olub. O, 2008-2019-cu illərdə İrəvan Dövlət Universitetinin nəzdində Ali Attestasiya Komissiyası yanında “Riyazi kibernetika” ixtisaslaşdırılmış şurasının elmi katibi olub.

2021-ci il avqustun 3-də Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri təyin edilib.

Xatırladaq ki, V.Dumanyan ötən ilin avqustunda mətbuatın gündəminə gəlmişdi. Həmin dövrdə onun hərbi xidmətdə olan oğlu Qevorq İrəvan şəhərinin Çarab Axbyur küçəsində qəza törətmişdi./report