Rövşən Əsgərov Rusiyada "xarici agent" elan edildi – SİYAHIDA DAHA KİMLƏRİN ADI VAR…

10/12/2022 - 01:24

Rusiya Ədliyyə Nazirliyi cümə günü 10 nəfəri "xarici agentlər" reyestrinə daxil edib.

Qafqaz.media xəbər verir ki, siyahıda "Nə? Harada? Nə vaxt?" intellektual yarışının azərbaycanlı iştirakçısı Rövşən Əsgərov, “The Bell” biznes nəşri və daha 42 nəfərin adı var. Bu, “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında” yeni qanunun qüvvəyə minməsindən və “xarici agentlərin” vahid reyestrinin dərcindən sonra siyahıya ilk əlavədir.

Bu cümə günü “xarici agentlər”in vahid reyestrinə Əsgərovdan başqa “Rain”in jurnalisti (telekanal ötən il “xarici agent” kimi tanınıb) Mixail Fişman, filosof Ruben Apresyan, Mixail Xodorkovski, Rostislav Murzaqulov və s. şəxslərin də adı daxil olunub.

Rövşən Əsgərovun həbsinə QƏRAR VERİLDİ

Rövşən Əsgərov

Ədliyyə Nazirliyi mütəmadi olaraq “Dojd” jurnalistlərini “xarici agentlər” siyahısına əlavə edib. Noyabrın 25-də “xarici agentlər”in reyestrinə aparıcı Anna Monqeytin adı da daxil edilib. “Dojd”un baş direktoru Natalya Sindeyeva, telekanalın baş redaktoru Tixon Dzyadko, həmçinin jurnalistlər Yekaterina Kotrikadze, Vladimir Romenski və Mariya Borzunova da reyestrin “sakinlərindəndir”.

Qeyd edək ki, “Nə? Harada? Nə vaxt?” verilişinin iştirakçısı Rövşən Əsgərov Rusiyada cinayət məsuliyyətinə cəlb edilib, o, hazırda ölkədən kənardadır.

Qafqaz.media