Tərtər sakini Bakıda 2 kiloqram narkotiklə saxlanılıb
05/01/2025 - 10:51
![](/sites/default/files/styles/slide/public/2025-01/e4704800-12ac-4c9e-803d-7ca2c5a31fae%20%281%29.jpg?itok=hbgaSIKr)
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Tərtər rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunan Ş.Həsənli saxlanılıb. Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib. Üzərinə baxış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırma aparılır.