ABŞ fevralda İranla bağlı mühüm qərarlar qəbul edəcək
20/01/2025 - 01:38
Bu ilin fevralında ABŞ hakimiyyəti İranla bağlı mühüm siyasi qərarlar qəbul edəcək. APA xəbər verir ki, bu barədə “CBS News”a Donald Trampın milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uots bildirib. O qeyd edib ki, hazırda İslam Respublikası İsrailin addımları səbəbindən zəifləyib. “Vacib qərarlar qəbul etmək vaxtıdır. Və biz bunu növbəti ay ərzində edəcəyik”, - Uots vurğulayıb.