Beynəlxalq film festivalında Azərbaycan kinosu nümayiş olunur

01/12/2023 - 23:34

Azərbaycan kinosu Fransanın paytaxtı Parisdə beynəlxalq film festivalında nümayiş olunur.

YUNESKO-nun himayəsi altında baş tutan “Miras” beynəlxalq festivalında Elçin Musaoğlunun “Məryəm” və rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmləri nümayiş olunur.

Festivalda Qırğızıstan, Qazaxıstan, Almaniya, İsveçrə, Çin, Türkiyə, İspaniya və digər ölkələrin istehsalı olan filmlər də yer alıb. Filmlər Parisin “Mac-Mahon” və “Linkoln” kinoteatrlarında göstərilir.

Noyabrın 28-də başlayan festival dekabrın 2-nə qədər davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49