Hakan Fidan: "Bakı ilə İrəvanın bu il sülh sazişi bağlayacağına ümid edirik"
Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında Ankaranın Bakı ilə İrəvan arasındakı sülh müqaviləsinin bu il bağlanacağına ümidvar olduğunu bildirib. Fidan Azərbaycanla Ermənistanın müqavilənin əksər bəndlərini razılaşdırdıqlarını, Ermənistanın Baş naziri Nikol Paşinyanın "cəsarətli davdanışının pozitiv siqnallar verdiyini" söyləyib. Nazirin fikrincə, regionda sülh üçün tarixi fürsət yaranıb: "Onun (Ermənistanın Baş nazirinin - red.) sülh mövqeyini ifadə eləməsi müsbət prosesdir. Bunu qeyd etməliyik".
Hakan Fidan Balkan bölgəsinin Türkiyənin Avropaya, Qafqazın isə Orta Asiyaya açılan qapısı olduğunu deyib.
Hürr Tərcüman