Qarabağda 16 abidə bərpa edilib

11/12/2023 - 17:57

"Şuşada quruculuq işləri davam edir və Şuşanın siması aydan-aya dəyişir, özünün tarixiliyinə qayıdır".

 

Axşam.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

"Şuşanın və Qarabağın tarixliyini özündə əks etdirən abidələrimiz bərpa edilməkdədir. Bu günə kimi artıq 16 abidəmiz tamamilə bərpa edilib", - o deyib.

Aydın Kərimov "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” adını daşımağın şərəfli və qürurverici olduğunu əlavə edib.

"Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını görürük".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nəbi Xəzrinin şeirləri
15/01/2025 - 13:51
YUXU - Hekayə
08/01/2025 - 20:46
Şahnaz Şahinin şeiri
04/01/2025 - 09:40
Kuklaçıların bayram sovqatı
30/12/2024 - 04:57
“Qırxdan sonra…”
28/12/2024 - 10:19
Ərzin əşrəfi
21/12/2024 - 20:51
Rəşad Məcidin şeirləri
21/12/2024 - 19:11
Ərzin əşrəfi
21/12/2024 - 05:52