Xalq artistlərinə Daşkənddə ev verdilər

18/11/2024 - 11:06

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın paytaxtı Daşkənd şəhərindən ev hədiyyə edilib. Qafqaz.Media xəbər verir  ki, bu barədə aparıcı Zaur Baxışəliyev “Zaurla günaydın” verilişində deyib. O, əvvəl Gülyanağa, sonra isə Gülyaza şəhərdə ev təqdim edildiyini vurğulayıb: "Daşkənddəki evləriniz mübarəkdir. Əvvəl Gülyanağa, indi isə sizə Daşkənddə ev verdilər. Özbəkistanın "Xalq artist"lərisiniz, verməlidirlər". G.Məmmədova aprıcının sözlərinə "Siz bunu haradan bilirsiniz? Təəccübləndim" deyə, bildirərək məlumatı təsdiqləyib. Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovalar həm də Özbəkistanın Xalq artistləridir.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28