Bakı şəhərində Alim və Fərqanə Qasımovların konserti olacaq

08/10/2023 - 10:57

Respublikanın xalq artisti, muğam ustadı Alim Qasımov və qızı Respublikanın əməkdar artisti Fərqanə Qasımova yenə də möhtəşəm konsertə hazırlaşırlar.

Qafqaz.media.az saytı xəbər verir ki, Alim və Fərqanə Qasımovların 5 dekabr, Heydər Əliyev sarayında, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının əsasında hazırlanmış "Leyli və Mən" adlı konsertləri olacaq.Konsertdə Etnoclass orkestri də çıxış edəcək. 

Konsertin bədii rəhbəri Tural Məmmədlidir. 

Biletlərin qiyməti 40 - 240 manat arasında dəyişir. Biletləri şəhərin kassalarında əldə etmək olar.

Biz də kollektivimiz adından ünlü sənətkarlarımıza uğurlar arzu edirik.

Fuad BİLƏSUVARLI

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49