"Müharibənin başa çatması üçün səylərimizi davam etdiririk” - ÇAVUŞOĞLU
09/12/2022 - 11:52
“Rusiya ilə Ukrayna arasında müharibənin başa çatması üçün səylərimizi davam etdiririk”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Türkiyə vasitəçilik məsələsində nümunədir: “Türkiyə olmasaydı Ukrayna ilə Rusiya arasında “Taxıl sazişi” imzalanmazdı. Həmçinin əsir mübadiləsi də Türkiyənin vasitəçiliyi nəticəsində baş tutdu”.