QƏRBİN PUTİN ÜÇÜN SÜRPRİZ PLANI... - “Yuqo Rusiya” projesinin arxasında hansı maraqlar dayanır?

24/01/2023 - 14:06

Və yaxud Henri Kissincer Ukrayna müharibəsi haqda fikrini niyə dəyişdi?

Ukrayna-Rusiya müharibəsinin mümkün nəticəsi olaraq Rusiyanın parçalanması diqqət mərkəzindədir və geniş müzakirə edilir. Hərbi əməliyyatlar başlayandan bir az sonra dünya siyasətinin dirijor çubuqlarından birini daşıyan və mühüm şəxslərdən hesab olunan Henri Kissincer sakitliyini pozmuşdu. Hansı ki, onun mövqeyi daha çox Rusiyayönlü adlandırıla bilərdi. Bu günlərdə ABŞ siyasətinin “patriarxı” olan Kissincer yeni açıqlama ifadə etdi ki, Ukraynanın NATO-ya üzv olması hazırkı qarşıdurmanın haqlı nəticəsi olacaq və Ukrayna tezliklə NATO-da olmalıdır. Bu təklif NATO-nun Ukraynanın bundan sonrakı təhlükəsizliyi üçün qarant rolu oynaması deməkdir.

Əgər ABŞ elitası onu dinləməsəydi, həm də "siyasət patriarxı" Rusiyaya qarşı mövqeyini sərtləşdirməsəydi, may ayında 100 yaşı tamam olacaq yaşlı dövlət katibini təbii ki, görməzlikdən gəlmək olardı. Əvvəllər o, qarşıdurmanın “anlaşma üçbucağı”nı pozacağına inanaraq Rusiyaya dialoq təklif edirdi – səbəb odur ki, Rusiya və Çin həmişə bir-birindən daha çox ABŞ-a yaxın olmalıdır.

Bəs, Kissincer niyə indi ancaq Rusiyanın tam məğlubiyyəti ilə mümkün olan ssenarini ortaya qoyur?

1. ABŞ siyasi elitası (ən azı onun əhəmiyyətli bir hissəsi) Rusiya üzərində hərbi qələbənin mümkün olduğuna inanır. Daha doğrusu, Rusiyanı o dərəcədə yormaq olar ki, o, Ukraynanın NATO-ya daxil olması ilə şərtilə sülh bağlamağa razı olsun.

2. Qərb Rusiya enerji daşıyıcıları olmadan keçinməklə ciddi şəkildə məşğul olmağa hazırlaşır. G7 ölkələri Rusiya neftindən tam imtina etmək niyyətindədir. ABŞ “neft müharibəsi”nin köməyi ilə Rusiya iqtisadiyyatını tamamilə çökdürmək ümidi ilə bunun üçün fəal iş aparır. Qışın isti keçməsinə, Norveç qazı və LNG-nin ABŞ və Qətərdən tədarükünə görə, "buzlaşma apokalipsis"i baş tutmadı. Rusiyadan tədarükün azalması adi avropalıların rifahına və hətta daha çox Avropa sənaye istehsalına mənfi təsir göstərdi, lakin tam dağılma olmadı. Rusiyanın enerji daşıyıcıları tədricən başqaları ilə əvəz olunur ki, bu da Qərb ölkələrinin Rusiya ilə tez dialoq qurmağa marağını kəskin şəkildə azaldır. Belə bir şəraitdə ABŞ Ukraynanı NATO-ya daxil etmək ümidi ilə kifayətlənə bilər.

3. ABŞ Çinlə münasibətlərin normallaşdırılmasını gözləyir (və Kissincerin nöqteyi-nəzərindən əsas məsələ budur). Görünür, bunlar tamamilə əsassız xəyallar deyil: fevralın 5-6-da ABŞ dövlət katibi Çinə səfər edəcək. E.Blinken Bayden administrasiyasının Çinə səfər edən ilk yüksək vəzifəli rəsmisi olacaq. ABŞ dövlət katibi sonuncu dəfə 2018-ci ildə Donald Tramp prezident olanda Pekinə səfər edib. Təbii ki, bu səfərdən irəliləyişlər gözləmək lazım deyil, amma ABŞ elitasının müəyyən ümidləri var.

Beləliklə, Ukrayna dövlətçiliyinin istənilən formada (hətta Yanukoviç/Medvedçuk başda olmaqla) qorunub saxlanması Ukraynanın NATO-ya zəmanətli daxil olması Rusiya üçün strateji məğlubiyyətdir. Hətta Putinin “Novorossiysk” adlandırdığı Ukrayna vilayətlərinin ilhaqı da bunu kompensasiya etmir. Üstəlik, Ukraynanın NATO-ya daxil olması ehtimalı, görünür, ciddi şəkildə nəzərdən keçirilir. Təəccüblü deyil ki, hətta ehtiyatlı Kissincer də bu barədə danışmağa başladı.

**

Burada bir haşiyə çıxaraq qeyd edək ki, Putinlə yaxınlığı məlum olan Medvedçukun yenidən "müstəqil və neytral" Ukraynanın liderliyinə gətirilməsi ehtimalı ortaya atılıb və o, özü bu ehtimalı "İzvestiya" qəzetində yazdığı məqalədə irəli sürdü. Medvedçuk bu layihəni Ukrayna dövlətçiliyinin qorunub-saxlanması məqsədilə irəli sürdüyünü etiraf etsə də, prezident Putinə yaxınlığı təşəbbüsün haradan qaynaqlandığını ortaya qoyur. Görünür, Medvedçuk özünü yeni "neytral Ukraynanın lideri" kimi irəli sürməsinin əvəzində Rusiyanın onu dəstəkləməsini istəyir. Amma iş orasındadır ki, Rusiya rəhbərliyinin ümumiyyətlə Ukraynanı gələcək perspektivdə dövlət kimi görmək fikri yoxdur. Rusiya internet məkanında Ukraynanın parçalanacağına, Polşanın Qərbi Ukrayna torpaqlarına göz dikdiyinə doğru yetərli proqnozları ortaya atan məqalələr var. Yəni Putin və Rusiya siyasi elitası ümumiyyətlə Ukraynanın dövlət kimi mövcud olmasından yox, əksinə, Ukraynanın bir dövlət kimi tarix səhnəsindən silinməsindən yanadır. Hətta Ukrayna rus media resurslarında "rusofob layihə" adlandırılır.

Bu səbəbdən "Medvedçuklara stavka, cəmiyyətimizin böyük əksəriyyəti tərəfindən milli xəyanət kimi qəbul edilən Rusiyanın məğlubiyyətinə qoyulan stavkadır", - deyə ifadə də dilə gətirilir.

Beləliklə, qayıdaq söhbətin əvvəlinə. Kissincerin əvvəl Ukraynanı NATO-da görməməsinə baxmayaraq indi fikrini dəyişməsinə nə səbəb oldu? Ukrayna niyə birdən Kissincer tərəfindən "qiymətə mindi?"

Üç gün əvvəl prezident Zelenskinin müşaviri Aleksey Arestoviçin Ukrayna internet telekanallarından birində müsahibəsi yayınlandı. Yuri Romanenko ilə Arestoviçin yeni söhbətində Ukraynanın belə, xarici siyasət strategiyasının bir sıra mühüm elementləri nəzərdən keçirilir.

Müsahibə çox maraqlı idi. Bilirik ki, dünya "yeni dünya düzəni"nə hamilədir və bir çox dəyişikliklərin ərəfəsindədir. Bu dəyişiklik koronavirus pandemiyası ilə başlasa da, prosesin gedişatında Ukrayna-Rusiya müharibəsi də baş verdi. Bu müharibənin gedişində isə aclıq fonunda Türkiyənin təşkil etdiyi və yönəltdiyi "taxıl koridoru" meydana çıxdı. Aydındır ki, dünyanı dəyişikliklərlə tranformasiya etməyə planlanmış proseslərin iqtisadi-siyasi tərəfləri olduğu kimi, bu prosesə iqtisadi-tibb-siyasi-hərbi fraqmentlər də təkan verəcək və Ukrayna-Rusiya müharibəsi bu fraqmentlərdən biridir. Başqa sözlə, Rusiya və Ukrayna arasındakı müharibə yeni dünya düzəninin formalaşmasına təkan verir. Əgər dünya miqyasında sərhədlər dəyişirsə, iqtisadi təlatümlər baş verirsə, müharibə sayəsində "xalqlar köçü" törənirsə sadaladığımız faktorlar bölgəsəl yox, qlobal miqyasda dəyişikliyə hesablanıb. Müharibə göstərdi ki, Ukraynanın iri oyunçuların maraqlarına cavab verən xarici strategiyasının yoxluğu az qala ölkəni fəlakətə sürükləyəckdi. Aydınıdr ki, Ukrayna Qərbə onun maraqlarına Rusiya-Qərb əməkdaşlığının verdiklərindən daha çox vəd etməlidir. Aleksey Arestoviçin çıxışından bəlli oldu ki, Ukraynanın belə bir projesi var. Hətta Arestoviçin açıqladığı bu proje rus mediasında fəal müzakirə olunur. Zelenskinin sabiq müşaviri ifadə edir ki, Kiyev Qərb tərəfdaşlarına Ukraynanın dünya sistemində inkişafına, təhlükəsizliyinə və rifahına zəmanət verən fərqli və başa düşülən funksional imkanlar təklif etməlidir.

Söhbətin birinci hissəsində məqsəd Ukraynanın özünü Rusiyanın informativ-psixoliji xüsusi əməliyyatının hədəfində yer almasından, dövlət institutları arasında daxili qarşıdurma təşkil etməklə dövlətin müqavimətini zəiflətməkdən gedir. Rusiya Ukraynanı daxili böhranla çökdürmək üçün təhlükəli arxetiplərindən fəal şəkildə istifadə edir.

Фетиш советского типа": Алексей Арестович раскритковал лубочный образ ВСУ

Yuri Romanenko ilə Aleksey Arestoviçin söhbətinin ikinci hissəsində Ukrayna üçün yeni qlobal strategiyanın formalaşdırılmasından danışılı. Bu strategiya Ukraynanı anqlosaksların - Böyük Britaniya və ABŞ-ın qlobal oyununun məntiqinə elə bir şəkildə oturtmalıdır ki, Ukrayna Vaşinqton və Londonun ən mühüm regional müttəfiqlərindən birinə çevrilsin.

Bununla bağlı Yuri Romanenko və Aleksey Arestoviç Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda ABŞ və Böyük Britaniya ilə sıx ittifaqda olan dövlətlər vasitəsilə Avropanı Çinlə birləşdirəcək yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasını təklif edirlər.

Bu arxitekturanın əsas elementlərindən biri Ukraynanın fəal iştirak edəcəyi regional birliklər sistemi olacaq. Bundan əlavə, Yuri Romanenko və Aleksey Arestoviç Ukrayna sərhədlərinin şərqində bufer zonalarının yaradılmasına töhfə verməyi təklif edirlər ki, sabiq müşavir bu bufer zonanı "Yuqo Rusiya"-Cənubi Rusiya adlandırır. Onun fikrincə, belə bufer zonaları Rusiyanın Ukraynaya qarşı yeni təcavüzünə qarşı ən yaxşı təminat olacaq. Cənubi Rusiya - müasir Rusiyanın bir sıra regionlarını əhatə edən yeni dövlət quruluşu Avropa və Çini etibarlı şəkildə birləşdirəcək, Ukrayna üçün Qafqaza Mərkəzi Asiyaya, Çinə yol açacaq.

Xatırlayırsınızsa, keçən yazımızda ortaya atılan "Yeni Xazariya-Yeni İsrail" haqqında yazmışdıq. Rus mediası Arestoviçin "Cənubi Rusiya" projesinin ABŞ-ın sponsorluğu ilə irəli sürülən Yeni Xazariya projesinin olduğunu iddia edir.

Məlum olduğu kimi, SSRİ-nin dağılmasının ardınca tam çöküşü əngəlləmək üçün Rusiya hakimiyyəti MDB, KTMT, Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatı kimi qurumlarla çöküş prosesini ləngitmək, hansısa şəkildə varlığını sürdürməyə çalışdı. Çinin "Bir Kəmər Bir Yol" layihəsində yer almaq üçün Rusiya Avrasiya İqtisadi Birliyindən istifadə edir və Ukrayna-Rusiya müharibəsi ilə Qərb Moskvanı nəinki sanksiyaların cəngində boğmağa çalışır, üstəlik Rusiyanın öz ərazisindən keçməsinə çalışdığı "Bir Kəmər Bir Yol" layihəsinin alternativ xəttlərindən biri olacaq yollar da təxirə düşdü. Rusiyanın layihəsi - AİƏT-nı tikintisi sürətlə davam edən Böyük İpək Yolunu mahiyyətcə yenidən yaratmaq, azad ticarət rejiminin yaradılması məqsədi ilə gündəmə gəlmişdi. Yeni İpək Yolu Busandan (Cənubi Koreya) bütün Mərkəzi Asiyadan keçərək Britaniyaya qədər uzanacaq. Orta əsrlərdəki əvvəlki “Yeni İpək Yolu” yolunda isə əsas rolu Xəzər xaqanlığı oynamışdı.

Xəzər Xaqanlığı necə yarandı və niyə dağıldı? - Tariximizi tanıyaq! - YouTube

Rusiya mediasında ortaya atılan iddialar bu yöndədir ki, hazırda yəhudi-protestantlar Şərqdən Avropaya gedən yolda yenidən sədd yaratmağa çalışırlar. Burada, göründüyü kimi, mübarizə dünyanın şah damarının arteriyaları rolunu oynayan əsas ticarət yollarını öz ərazilərindən keçirmək, əgər bu alınmırsa da həmin yollara nəzarəti ələ alamaq üstündə gedir. Arestoviçin də səsləndirdiyi "Cənubi Rusiya" projesi Ukraynanın qlobal layihədə önəmli yer almaq, bundan iqtisadi-siyasi dividentlər qazanmaq, dünya güclərinin maraqlarına cavab verməklə Kremlin "bitməz-tükənməz iştahına yem olmaq" təhlükəsindən qorunmaq, təhlükəsizliyini qarant altına almaq məqsədi daşıyır ki, bunda da Kiyev haqsız sayılmaz. Amma rus mediasında "Cənubi Rusiya" xoxanlaşdırılmış - özünü “seçilmiş” hesab edən qlobal parazitlərin - yəhudilərin iqtisadi maraqlarına xidmət edən ideologiya kimi təqdim olunur, mövzuya ideoloji rəng verilir, istənilən projenin başda iqtisadi-ticari, ondan da irəli gələn siyasi maraqların üzərində dayanması arxa plana atılır. Guya ki, "adamyeyən", xristian uşaqlarının qanını içən hannibal yəhudilər mövcud İsraili ləğv edib Ukrayna və tarixi Xəzər dövləti ərazilərinə yeni köç planlaşdırırlar. Guya əcnəbi muzdlular və çılğın “ukri”lər (ukraynalılar)– hərbi çevrilişlə - Maydan nəticəsində Kiyevi ələ keçirmiş Xəzər xuntasının rəhbərliyi altında milli mənsubiyyətini itirmiş ruslar və “Sağ sektor” silahlıları burada təlim keçiblər və "Yeni Xəzəriya" yaratmaq üçün öz milli kimliyini itirməmiş rusları Rusiya ərazilərini təmizləməklə məşğuldurlar. Guya Rusiya və “anti-yəhudi koalisiyasının” digər ölkələri hələ də bu oyunu pozmağa və müqavimət göstərməyə çalışırlar.

ABŞ İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə “suriyalı” yaraqlıları maliyyələşdirməyə və ölkəni bombalamağa davam edərkən, Suriya guya bundan qorunmaq üçün Rusiyaya Avrasiya İqtisadi Birliyinə qoşulmağı xahiş edib. "Suriyanın vəziyyəti Avropanın enerji təchizatının təmin edilməsində Avrasiya İttifaqının əsas tərəfdaşına çevrilməyə imkan verir" - bu rus mediasında gəzən ifadədir. Halbuki, Suriyanın bu durumda olmasından istifadə edərək Rusiyanın onun neft yataqlarına yiyələndiyi, onun neftini öz malı kimi satdığı, gəliri isə mənimsədiyi, guman ki, işğal-ilhaqlara sərf etdiyi məlumdur. Yoxsa rusların Bəşər Əsədin yanında aşıb-daşan mərhəmət hissindən durmadığı aydındır.

Hələ oktyabrın 24-də Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçev bildirmişdi ki, Suriya Rusiya ilə azad ticarət zonası yaratmaq təklifini təqdim edib. Bundan əlavə, Suriya bir milyard dollar məbləğində kredit alacaq. Əlbəttə, Rusiyanı buna motivasiya edən Suriyada satdığı neftdir. Və Rusiya da bütün digər dövlətlər kimi iqtisadi-ticari maraqlarından çıxış edir, amma bunu siyasi-ideoloji devizlərlə pərdələyir. Rusların fikrincə, onlara hər şey olar, başqalarına isə olmaz. Səbəb-hər şeyə tək sahiblənmək hissi, tamah, imperialist ambisiyalardır.

"Suriya Avrasiya İqtisadi Birliyinə daxil olan beşinci ölkə olacaq. Çox keçməyəcək ki, İran və Mərkəzi və Şərqi Asiyanın digər ölkələri Suriyadan nümunə götürərək, dolların hökmranlığına və Qərbə ciddi təhlükə yaradacaq güclü həmkarlar ittifaqı yaratmağa çalışacaqlar. Tərəflər əvvəllər azad ticarət zonasının yaradılması ilə bağlı danışıqları müzakirə ediblər, lakin silahlı təcavüzün başlanması sazişin bağlanmasına mane olub. Bu gün artıq saziş hazırlanıb və müharibə bitən kimi onun icrasına başlanacaq. Ukrayna, Suriya və İraqda davam edən müharibə Rusiya ilə qlobal parazitlər arasında qlobal iqtisadi proksi müharibənin getdiyinin ən bariz sübutudur. Bu müharibədə təkcə Rusiya və Yaxın Şərq neftinə deyil, həm də Yeni Böyük İpək Yolu və gələcəyin dünyasına kimin nəzarət edəcəyi qərarlaşdırılır", - deyə rus mediasında "ayaq tutub yeriyən yalanlar" daxili publikaya təlqin olunur və ticari-iqtisadi hədəflər ideoloji müstəvidə təqdim olunur.

Rusiya nəinki SSRİ-ni bərpa edəcək, hətta özü parçalanacaq” – ŞOK AÇIQLAMA | KONKRET

Məsələyə başqa tərəfdən də baxa bilərik. Rusiyanın dağılma ehtimalından daxildəki milli respublikaların da azad olma ümidləri cücərməyə başlayıb. Arestoviçin təqdimatını etdiyi hələ rus imperiyası dönəmində Don, Kuban, Krım, Podneprovskaya, Sloboda və Cənubi Ukrayna, Çernozem bölgəsi, Aşağı Volqa bölgəsi, Şimali Qafqazı əhatə edən "Cənubi Rusiya" projesi həm hazırkı Rusiyanın birdəfəlik şovinist ambisiyalardan məhrum edilməsi, həm əhatə etdiyi bölgələrin inkişafı, həç qonşu ölkələrin təhlükəsizliyi baxımından ümidvericidir. Bu baş tutarsa Rusiyanın qalan hissələrinin parçalanmasına ehtiyac belə qalmayacaq. Çünki "gözü qırılan" rus şovinizmi zəhərli gücünü itirəcək. Ərazi baxımından Cənubi Rusiyanı itirsə belə, tam parçalanmasa da, transformasiya öz-özünə qarşısıalınmaz proses kimi domino daşı effektiylə gələcək. Ukrayna isə ABŞ və Qərbin dəstəyi ilə Rusiyanın qarşısında ayaqda qala bilsə, yeni logistik layihələrdə yer alacaq, itirdiyi əraziləri qaytara bilsə Avropanın böyük və güclü dövlətlərindən biri olacaq. Hətta gələcək Avropanın aparıcı iki dövlətindən biri olacaq.

Digər güclü dövlət perspektivi olan dövlət isə Polşadır ki, Ukrayna ilə Polşanı gələcəyin Avropasının iki güclü dövlətinə çevirmək Böyük Britaniyanın strategiyasında mühüm rola malikdir. Amma bunu da qeyd etməliyik ki, Rusiyanın caynaqlarından qurtulması və Qərbin yeni dayaq məntəqəsinə çevrilməsi variantında Türkiyənin yeni güclü-böyük qonşusu Ukrayna olacaq. Bəlkə də Türkiyə qərbin yeni daha bir dayaq məntəqəsinin tam böyründə olmasını istəmir, bu səbəbdən Rusiya ilə Ukrayna arasında sanki balans yaratmağa çalışır.   

Yeri gəlmişkən, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, ukraynalılar Qərbin verdiyi silah və sursatları atom elektrik stansiyalarının ərazisinə yerləşdirirlər. Narışkin Qərbin Ukraynadakı bir sıra atom elektrik stansiyalarının ərazisinə verdiyi silah və sursatların yerləşdirilməsinə dəlalət edən etibarlı məlumatlardan danışıb. Onların arasında Amerikanın HIMARS reaktiv yaylım atəş sistemləri, hava hücumundan müdafiə sistemləri, eləcə də iri çaplı artilleriya üçün raketlər var.

Narışkinin dediyinə görə, təkcə dekabrın son yeddi günündə dəmir yolu ilə Rafalovka stansiyası vasitəsilə Rovnensk AES-ə xaricdən bir neçə vaqon təhlükəli yük gətirilib. Narışkinin sözlərinə görə, Kiyev Rusiyanın nüvə fəlakəti qorxusuna görə atom elektrik stansiyalarını vurmayacağını gözləyir.

“Ümid etmək istərdim ki, Kiyevdə heç kim ABŞ və onun müttəfiqlərindən daha çox silah və sursat üçün yalvarmaq ümidi ilə bu cür anbarları qəsdən partlatmağı ağlına belə gətirməz”, - deyə Xidmətin direktoru əlavə edib. Ukraynanın Kiyevin nəzarəti altındakı qismində-Rivne, Xmelnitski və Cənubi Ukraynada hazırda üç atom elektrik stansiyası var.

Beləliklə, yəqin ki, dünya Rusiya-Ukrayna müharibəsinin sonuna yaxınlaşır. “Patriarx” Kissincerin də Ukraynaya "stavka etmək" və fikrini dəyişmək qərarında yəqin "Cənubi Rusiya" projesi maraq oyatmış ola bilər.

Ülviyyə ŞÜKÜROVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12