"Özümü qınayıram ki, mən necə anayam?"

24/01/2024 - 18:25

"Biz də insanıq, robot deyilik. Yoruluruq, amma zəhmətin qarşılığı olanda, uğuru qazananda bütün yorğunluğu unudursan. Bəzən özümü qınayıram ki, mən necə anayam? Uşaqlarımın tətili oldu, onları heç yerə apara bilmədim. Ailəm hər zaman mənə dəstək olur".

Qafqaz.Media xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" proqramında deyib. Müğənni işlərinin çoxluğundan, yaradıcılığından söz açıb. 

Tələbələrindən danışan G.Məmmədova R.İlyasova müraciət edərək "Bir az da tələbələrimizi efirə çağırın. Onlar da tanınsın" sözlərini söyləyib. 

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28