"Əsas diqqəti Vardanyana yönəldəcəklər..." - "Bu, sıradan bir məhkəmə deyil"
"Erməni lobbisi ilə əlbir olan müxtəlif mərkəzlər Qarabağ separatçıları üzərində Bakıda başlayan məhkəmədə bütün diqqətləri Ruben Vardanyana yönəldəcəklər. Arayik Harutyunyan, Arkadi Qukasyan və digər separatçılardan çox Vardanyana dəstəyi artırmağa çalışacaqlar". "AzPolitika" xəbər verir ki, bunu politioloq Elxan Şahinoğlu bildirib. Ekspert hesab efir ki, ABŞ, Fransa, Niderland və digər ölkələrdə Vardanyanın azad olunması məqsədi ilə müxtəlif kampaniyalar həyata keçirəcək: "Bu işdə Vardanyanın pullarından və əlaqələrindən istifadə ediləcək. Vardanyanın oğlunu müxtəlif televiziya kanallarına çıxaracaqlar, məqalələr yayımlayacaqlar. Bunlara seyrçi qalmamalıyıq. Həmin mərkəzlərin Azərbaycana qarşı növbəti həmlələrinə qarşı ev tapşırıqlarımız olmalıdır. Qərb ölkələrindəki səfirliklərimiz səfərbər olmalı, yerli media ilə əlaqələri genişləndirməli, separatizmin iç üzünü açan məqalələrin yayılmlanmasını təşkil etməlidirlər". E.Şahinoğlu vurğulayır ki, Ruben Vardanyandan Nelson Mandela “düzətlmək” təşəbbüslərini əngəlləməyə çalışmalıyıq. "Bu sıradan məhkəmə deyil, kəndləri dağılan, ailələrini itirən, valideynləri soyqırıma məruz qalan soydaşlarımızın şahid ifadələrinin dünyanın aparıcı media kanallarında və nəşrlərində yayınlanmasına çalışmalıyıq" - deyə, o qeyd edib.
"AzPolitika.info"